Logo

BANM-ın MBA proqramına 4 sahə üzrə qəbul həyata keçiriləcək

22.06.2021 10:20 807 baxış
IMG

2021-2022-ci tədris ilindən etibarən 
Bakı Ali Neft Məktəbinin MBA proqramına 4 sahə üzrə qəbul həyata keçiriləcək.

 

• Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı)

 

• Biznesin təşkili və idarə edilməsi (maliyyə)

 

• Biznesin təşkili və idarə edilməsi (menecment)

 

• Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə olunması)

 

BANM-in MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. 

 

BANM-də qəbul Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları əsasında aparılır.

 

MBA ixtisası üzrə bütün dərslər yalnız ingilis dilindı aparılır.

Xəbər lenti