Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 67 nömrəli tam orta məktəbdə muzey yaradılıb.
Tehsil.biz-in məlumatına görə, təhsil müəssisəsində yaradılan “Məmləkətimizin tarixi muzeyi”ndə tariximizin ayrı-ayrı dövrləri ilə bağlı eksponatlar, milli ornamentlər, əl işləri nümayiş etdirilir.
Muzeydə, həmçinin 44 günlük Vətən müharibəsində zəfər tariximizin yazılmasında iştirak edən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün xüsusi guşələr hazırlanıb.
Bu barədə Mədəniyyət TV-nin hazırladığı süjeti sizə təqdim edirik.