Logo

AzTU-nun gənc alimi

22.06.2021 11:20 2277 baxış
IMG

Murad Muxtar oğlu Cahangirov 1986-cı ildə Saatlı rayonunda anadan olub. 1993-2004-cü illərdə orta təhsil olmışdır.

 

2004-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 2008-ci ildə bakalavr təhsil pilləsini bitirmiş və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetində "Yarımkeçiricilər fizikası" ixtisas üzrə magistraturaya qəbul olmuşdur. 2009-cu ildə magistraturada təhsilini davam etdirmişdir. 2011-cu ildə magistraturanı bitirərək magistr dərəcəsi almışdır. 2011-2012-ci illərdə AMEA-nın Radiasiya Problemləri İnstitutunda “Cihazların Radiasiya Fizikası laboratoriyasında” baş laborant vəzifəsində işləyib, 2012-2019-cu ilə kimi həmin istitutun “Yarımkeçiricilərin Radiasia Fizikası” laboratoriyasında elmi işçi vəzifəsində işləyib. 2013-2016-cı illərdə AMEA-nın Radiasiya Problemləri İnstitutunda "Radiasiya materialşünaslığı" ixtisasası üzrə doktoranturada təhsil almışdır. M.M. Cahangirov  dissertasiya işini AMEA-nın Radiasiya Problemləri İnstitutunda və Belarusiya Dövlət Universitetində yerinə yetirərək 2018-ci ilə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini uğurla müdafiə etmişdir.

 

AMEA-nın Radiasiya Problemləri İnstitutunda işlədiyi müddətdə 2 qrant müsabiqəsinin qalibi olmuşdur. Görülən işlərin nəticəsində Beynəlxalq və yerli jurnallarda 18 elmi məqalə 26 tezis olmaqla ümumilikdə 34 elmi əsər çap etdirmişdir. Yerli və Beynəlxalq konfranslarda çıxış edərək çoxsaylı diplom və sertifkata layiq görülmüşdür, 2015-ci ildə AMEA-nın 70 illiyinə həsr olunan doktorantlar arasında “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinin qaliblərindən olmuşdur. 2019-cu ildə aktiv elmi-ictimai fəaliyyətinə görə  AMEA-nın Gənc alim və mütəxəsislər şurası və Həmkarlar təşkilatı tərəfindən 2 fevral - Gənclər Günü münasibətilə diplomla təltif edilmişdir. Hal-hazırda AzTU-nun “Radiotexnika və telekommunikasiya” kafedrasında baş müəllim vəzifəsində çalışır. 2020-ci ildə AzTU-nun rektoru, professor Vilayət Vəliyevin təşəbbüsü ilə təşkil olunan "Təhsilin Keyfiyyətinə Nəzarət İşçi Qrupuna" üzv seçilmişdir. 2021-ci ildə İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin TEC-nin sədri seçilmişdir.


2021-ci ildə beynəlxalq bazalarda indeksləşən jurnallarda elmi 2 məqalə və 1 tezis çap edirrərək elmi fəaiyyətlə yanaşı pedaqoji fəliyyəti dövründə magistrantların elmi- pedaqoji təcrübəsinə rəhbərlik etmişdir.

Xəbər lenti