Logo

Zoologiya İnstitutunun əməkdaşları Şamaxı və İsmayıllı rayonlarında ekspedisiyada olublar

22.06.2021 15:38 552 baxış
IMG

Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Məmmədrzayeva, doktorantlar Leyla Həsənova və İlahə Kərimova Şamaxı və İsmayıllı rayonlarında ekspedisiyada olublar.

 

İnstitutdan Tehsil.biz-ə bildirilib ki, ekspedisiya müddətində Şamaxı rayonunun ətrafında yerləşən taxıl əraziləri, həmçinin İsmayıllı rayonunun Qara-Qaya, Talıstan, Çəmənli kəndlərinin ərazilərindəki çəmənliklər, meşəətrafı sahələr, talalar müəyyən edilərək materiallar toplanıb. Alimlər mövzularına uyğun olaraq meşə siçanı və çöl siçanı növlərinə aid material toplayaraq tədqiq etmək üçün laboratoriyaya gətiriblər.

Xəbər lenti