Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi Elmar Mustafayevin “Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının dəyər və maraqları: Fransanın təktərəfli mövqeyi” mövzusunda məqaləsi “Scopus” indeksli “Insight Turkey” jurnalında dərc olunub.
Universitetdən Tehsil.biz-ə bildirilib ki, elmi məqalədə ərazi bütövlüyü məsələsi Avropa İttifaqının dəyər və maraqları prizmasından araşdırılıb.