Logo

Yüksək Texnologiyalar Parkının ərazisində təmir-bərpa işləri davam etdirilir

22.06.2021 17:20 335 baxış
IMG

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) ərazisində bir müddətdir davam edən abadlaşdırma və təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir.

 

YT Parkdan  bildirilib ki, parkın 20 hektar sahəsini əhatə edən ərazidə əsaslı abadlıq-quruculuq və yenidənqurma işləri həyata keçirilib. Abadlaşdırma işləri çərçivəsində ərazidəki bütün işıq dirəkləri müasirləşdirilib. Həmçinin kimyəvi maddələr, anbar üçün materiallar, arxiv materialları və s. saxlanılması üçün konteynerlər quraşdırılıb. Bununla yanaşı, texnoparkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzində təmir-bərpa işləri aparılıb. Texnoparkda yaşıllıq ərazilər genişləndirilib, yeni ağaclar, gül-çiçək kolları əkilib. Yaşıllığın qorunması üçün mütəmadi olaraq suvarma işləri həyata keçirilir.

Xəbər lenti