İtaliyada vaksinlə bağlı ilginc olay yaşanıb.
Tehsil.biz xəbər verir ki, 17 yaşlı florensiyalı bir yeniyetmə vaksinlə bağlı valideynlərini məhkəməyə verməyə hazırlaşır. Buna səbəb valideynlərin yeniyetməyə koronavirusa qarşı peyvənd olunmağı qadağa qoymasıdır. İtaliyalı yeniyetmə artıq vəkillərə müraciət edib. Məktəblinin sözlərinə görə, valideynləri ona peyvənd üçün yazılı icazə sənədi vermir.
Qeyd edək ki, İtaliya qanunlarına görə şikayətçi 17 yaşında olduğu üçün birbaşa vəkil seçə və valideynlərindən xüsusi bir sənəd olmadan peyvənd də vurdura bilməz. Yerli mətbuata danışan yeniyetmə bildirib ki, atası ilə anası peyvəndləri iyrənc adlandıraraq onları təhlükəli hesab ediblər.
Sözügedən problemi öyrənən Sosial xidmətlər və məktəb rəhbərliyi Təhsil Nazirliyi vasitəsi ilə vəkillərə müraciət ünvanlayıb. Yerli media yazır ki, oxşar hallar artıq İtaliyada tez-tez görünməyə başlayıb.
Azvision.az