Logo

ADAU rektorunun latviyalı həmkarı xalqımıza dəstəyini bildirdi

23.10.2020 16:54 497 baxış
IMG

Latviya Təbiət Elmləri və Texnologiyalar Universitetinin rektoru İrina Pilvere Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova göndərdiyi məktubda ciddi tələfatlara səbəb olan dəhşətli raket atəşləri nəticəsində mülki insanların həlak olması ilə əlaqədar Gəncə şəhərinin əhalisinə, bütövlükdə xalqımıza dərin hüznlə başsağlığı verib, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının tezliklə azad olunmasını arzulayıb. 

 

 

Bundan başqa, rektor ADAU ilə birgə icra olunan layihə çərçivəsində ölkəmizə etdikləri səfərlərdə xalqımızın tolerantlığına və qonaqpərvərliyinə bir daha əmin olduqlarını, gözəl Gəncə şəhərində yaşayış evlərinin dağıdılmasına və insanların əziyyət çəkmələrinə dair məlumatları ağrı hissi ilə qarşıladıqlarını qeyd edib.

Xəbər lenti