Logo

Bakıda özünü 15-ci mərtəbədən atan 22 yaşlı Elvin bu universitetin tələbəsi imiş

23.06.2021 11:35 843 baxış
IMG

Ötən gün Bakı şəhəri 8 Noyabr prospektində yerləşən “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsindən özünü ataraq intihar edən 1999-cu il təvəllüdlü Məmmədov Elvin Asəf oğlu ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 

Tehsil.biz xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, intihar edən gənc həmin biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Poliaqro” şirkətində mühasib kimi çalışırmış. 1 ilə yaxındır həmin şirkətdə çalışan və iş yerində normal münasibətləri olan Elvin səhər saatlarında iş otağında tək olarkən özünü pəncərədən atıb.

 

İlkin araşdırmalar zamanı məlum olub ki, intihar edən Elvin Məmmədov ali təhsilli və kifayət qədər savadlı-dünyagörüşlü gənc olub. Ötən il Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) bitirən Elvin daha sonra təhsilini magistratura pilləsində Bakı Mühanədislik Universitetində (keçmiş “Qafqaz” Universiteti) davam etdirirmiş.

 

Bildirilir ki, E.Məmmədov intihar edərkən iş otağında tək olub və o, özünü pəncərədən atandan sonra digər otaqlardakı əməkdaşlar bundan xəbər tutublar. Otaqda axtarışlar aparan hüquq-mühafizə orqanları orada onun yazıb qoyduğu məktubu tapıblar.

 

İntihar faktı ilə əlaqədar Xətai rayon Prokurorluğunda araşdırmalar aparılır. E.Məmmədovun yazdığı məktubdan onun intihara qəfil qərar vermədiyini göstərir.

 

Xəbər lenti