Möhtərəm prezidentimiz İlham Əliyevin apardığı güclü və iradəli siyasət sayəsində 27 ildən artıq bir müddətdə işğal altında olan torpaqlarımız azad olunur. Ali Baş Komandanımız hər zaman öz çıxışlarında torpaqlarımızın azad olması və unudulmaz tarixi yazacağımız günlərin çox yaxında olacağını xəbərini verirdi. 27 sentyabr tarixindən başlayaraq cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejmini kobud şəkildə pozan düşmən öz pis niyyətini bir daha dünyaya açıq şəkildə göstərdi.
Bugünlər ərzində Azərbaycan Ordusu Ermənistanın hərbi potensialına sarsıdıcı zərbələr vurub və bir sıra rayonlarımızda işğaldan azad etmişdir. Məğlub düşmən ağır artilleriya qurğularından istifadə edərək mülki vətəndaşları hədəf aldı. Həyatını itirən vətəndaşlarımızın içərisində azyaşlı uşaqlar da olmuşdur. Hər zaman olduğu kimi, Azərbaycan ordusuna məğlub olan düşmən gücsüzlüyünü mülki vətəndaşları, obyektləri, yaşayış massivlərini ağır və iri çaplı artilleriyadan istifadə etməklə atəşə tutmaqla hər kəsə göstərirdi. Ali Baş Komandanımızın da vurğuladığı kimi "Bizim qisasımız döyüş meydanındadır".
Artıq bütün dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunu və Ali Baş Komandının güclü siyasətinin şahidi oldu. Cənab prezidentimiz müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpaqlarımız olan Dağlıq Qarabağı işğaldan azad edən sərkərdə kimi tarixdə qalacaqdır. Əminəm ki, gələcək nəsillər ən yeni tarix dərsliyində bu ifadə ilə qarşılaşacaq. Bu tarixi anları Azərbaycan gəncliyinə yaşatdığınız üçün Sizə sonsuz minnətdaram. Biz Sizinlə və Ordumuzla fəxr edirik!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Bakı Dövlət Universitetinin Beynəlxaq münasibətlər və İqtisadiyyat fakültəsinin lll kurs tələbəsi İsgəndərova Əzizə