Logo

7 yaşlı Elxan böyüyüb hərbçi olmaq istəyir

24.10.2020 11:24 554 baxış
IMG

7 yaşlı balaca Hacızadə Elxan Orxan oğlu əllərində Azərbaycan Bayrağı tutaraq Ordumuza dəstək olub.

 

Tehsil.biz-in məlumatına görə, Nizami rayonu 242 nömrəli məktəbin 2-ci sinif şagirdi olan Elxan Hacızadəni evdə də, kənddə də hər kəs vətənpərvər uşaq kimi tanıyır. Yaşı az olsa da, balaca Elxanın arzuları böyükdür. Deyir ki, böyüyəndə general olmaq istəyir.

 

Ailəsi də onun arzularına və istəyinə hörmətlə yanaşaraq, təhsilini gələcəkdə hərbi sahədə davam etdirməsi üçün hər cür dəstəyi verəcəyini bildirir. Balaca Elxan öz hisslərini bu cür ifadə edib: "Mən televizora baxanda görürəm ki, Azərbaycan Ordusu düşmənlərimizi öldürür və torpaqlarımızı işğaldan azad edir. Ən böyük arzum tez böyüyüb onlardan biri kimi olmaqdır. Əlimdə silahla mən də erməniləri öldürmək istəyirəm. Qoy onlar çıxsın torpaqlarımızdan və biz uşaqlar da daim xoşbəxt yaşayaq".

Xəbər lenti