Logo

Rumıniyanın Kuza Universitetində Dağlıq Qarabağdakı vəziyyət müzakirə edilib

24.10.2020 11:29 480 baxış
IMG

Rumıniyanın Aleksandr İoano Kuza Universitetində Dağlıq Qarabağdakı vəziyyət mövzusunda görüş keçirilib.

 

Azərbaycan multikulturalizmi kursu çərçivəsində baş tutan görüşdə universitetin professorları, müəllim və tələbə heyəti iştirak edib. Əvvəlcə, Rumıniyanın Aleksandr İoano Kuza Universitetində Azərbaycan mültikulturalizmi fənnini tədris edən professor Lüdmila Bejenaru universitet rəhbərliyinə və tələbələrə Azərbaycandakı mövcud vəziyyətdən, eləcə də, 27 sentyabr 2020-ci il tarixindən ölkəmizdə davam edən müharibə, işğal olunmuş torpaqlarımız və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Daha sonra Dağlıq Qarabağda son günlər yaşananlar görüş iştirakçıları tərəfindən müzakirə olunub. Çıxış edənlər Dağlıq Qarabağdakı mövcud vəziyyətlə bağlı Azərbaycanın ağrısına şərik olduqlarını, eyni zamanda, ölkəmizin mövqeyini və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar. Görüş iştirakçıların sülh və əmin-amanlıq diləkləri ilə yekunlaşıb.

 

Qeyd edək ki, Rumıniyanın Aleksandr İoano Kuza Universitetində Azərbaycan mültikulturalizmi fənni Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə universitet arasında 2019-cu ilin mayında əldə edilən razılaşma əsasında tədris olunur.

Xəbər lenti