Logo

Tarix Muzeyində Azərbaycan xanlıqları dövrünə dair gümüş sikkələr qorunur

25.10.2020 10:35 188 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyində xanlıqlar dövrümüzə aid gümüş sikkələr saxlanılır.

 

Muzeydən bildirilib ki, 1939-cu ilin iyun ayında Tərtər rayonunda təsərrüfat işləri aparılarkən 10 santimetr dərinlikdə gümüş sikkələr dəfinəsi aşkar edilib. Həmin dəfinədən 14 sikkə Bakı şəhərinə gətirilərək muzeyə təhvil verilib. Numizmat alim, professor Yevgeni Paxomovun təyinatı nəticəsində dəfinədəki gümüş sikkələrin (abbasıların) Azərbaycan xanlıqları (Gəncə, Şamaxı) dövrünə aid olduğu müəyyən edilib. Üzərində hicri tarixə müvafiq zərb ili (rəqəmlərlə), zərb yeri və müəyyən dini ifadələr (“Ya sahib əz-zəman” və b.) olan, hazırda muzeydə qorunan bu dəfinədə erkən sikkə 1770-1771-ci ilə, son sikkə isə 1787/1788-ci ilə aiddir.

 

Muzeydə qorunan bu sikkələr xanlıqlar dövrü tariximizin tədqiqi baxımından əhəmiyyətlidir.

Xəbər lenti