Logo

Yaşamaq, işləmək, sərmayə qoymaq və gəzmək üçün ən yaxşı şəhərlər açıqlanıb

25.10.2020 13:16 520 baxış
IMG

“Resonance Consultancy” beynəlxalq məsləhət şirkəti növbəti dəfə “The World's 100 Best Cities” (“Dünyanın 100 ən yaxşı şəhəri”) adlı reytinq cədvəlini açıqlayıb.

 

Tehsil.biz xəbər verir ki, siyahıya Böyük Britaniyanın paytaxtı London liderlik edir.

 

Növbəti yerlərdə Nyu-York (ABŞ), Paris (Fransa), Moskva (Rusiya), Tokio (Yaponiya), Madrid (İspaniya), Roma (İtaliya), Dubay (BƏƏ), Sinqapur (Sinqapur) və Barselona (İspaniya) şəhərləri qərarlaşıb. Bu şəhərlər yaşamaq, işləmək, sərmayə qoymaq və gəzmək üçün ən yaxşı şəhərlər hesab olunur.

 

Qeyd edək ki, “The World's 100 Best Cities” 2016-cı ildən müəyyən olunur. Bu zaman şəhərlər barədə statistik göstəricilər, sosial şəbəkə istifadəçilərinin rəyləri nəzərə alınır.

Xəbər lenti