Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter sistemləri və şəbəkələri kafedrasının müdiri, professor Vaqif Qasımov 25-27 noyabr 2020-ci il tarixində Ukraynanın Kiyev şəhərində keçiriləcək IEEE-nın İnformasiya nəzəriyyəsində qabaqcıl tendensiyalar üzrə (“2020 IEEE International Conference on Advanced Trends in Information Theory ATIT”) beynəlxalq konfransın Proqram Komitəsinin (https://atit.ieee.org.ua/committees/) üzvü seçilib.
Universitetdən verilən məlumata görə, Vaqif Qasımov konfransda "Təsvirlərin DNT-psevdosimvolları ardıcıllığı və xaotik məntiqi kart əsasında şifrlənməsi alqoritmi" mövzusunda məruzə ilə çıxış edəcək.