Logo

Çin məktəblisi 14 yaşlı Ren Keyu dünyanın ən ucaboylu yeniyetməsidir

25.10.2020 14:02 792 baxış
IMG

Çinin Siçuan vilayətində yaşayan 14 yaşlı Ren Keyu dünyanın ən ucaboylu yeniyetmə oğlan kimi Ginnesin Rekordlar Kitabına düşməyə namizəddir.

 

Tehsil.biz xəbər verir ki, 2,21 metr boyu olan Ren Keyu Leşan şəhərindəki orta məktəbin 9-cu sinif şagirdidir. Basketbol azarkeşi olan yeniyetmənin boyu bir vaxtlar ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) yarışan həmvətəni Yao Mindən azca qısadır.

 

Ginnesin Rekordlar Kitabının qeydiyyatçıları Leşan şəhərinə gələrək, Ren Keyunun boyunu ölçüblər. Hazırda onun adının Rekordlar Kitabına salınması üçün müvafiq qeydiyyat prosesi gedir.

 

Ren Keyunun 3 yaşı olanda boyu 1,5 metr idi. Həkimlər onu Div xəstəliyi (qiqantizm) şübhəsi ilə müayinə etsələr də, uşağın böyümə hormonu ifrazının normal olduğu aşkarlanıb.

 

Bildirilir ki, yeniyetmənin boyunun belə hündür olması genetik faktorlarla bağlı ola bilər. Belə ki, babasının və anasının boyu 1,9 metrdən çox, atasının boyu 1,8 metr, nənəsinin boyu isə 1,75 metrdir.

 

Qeyd edək ki, 2015-ci ildən dünyada ən ucaboyulu oğlan yeniyetmə 2,159 metr boyu olan ABŞ vətəndaşı Kevin Brədford hesab olunur. Ən ucaboy qız yeniyetmə adını isə türkiyəli Rumeysa Gelgi (2,136 m) daşıyır.

Xəbər lenti