Azərbaycanda yeni tədris ili başlayandan indiyə qədər ümumi təhsil müəssisələrində koronavirusa yoluxan şagirdlərin və işçi heyətinin sayı məlum olub.
Bu günədək 131 şagirddə və işçi heyətinin 42 üzvündə COVID-19 aşkarlanıb.
Eyni zamanda, yeni tədris ili başlayandan 1 məktəbdə koronavirusa kütləvi yoluxma səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.
Həmçinin, 9 sinif distant təhsilə keçirilib.
Qeyd edək ki, informasiya Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində COVID-19-a dair gündəlik statistik məlumatlarına əsasən hazırlanıb.