Azərbaycan Texniki Universitetinin Energetika və avtomatika fakültəsinin Mühəndis fizikası və Elektronika kafedrasının M360a12 “Elektron cihazlar və qurğular” ixtisaslaşması üzrə I kurs magistrantı Valehov Sahib Elman oğlu könüllü iştirak etdiyi II Qarabağ müharibəsində göstərdiyi mərdlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidentinin izmaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərancama əsasən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Qeyd edək ki, Valehov Sahib Elman oğlu təhsil aldığı müddətdə yüksək akademik göstəricilərə malikdir.