Ölkəmizin tarixində yeni mühüm səhifə yazılır: Qarabağ uğrunda xalqımızın mübarizə və həmrəylik tarixi! Bu tarixi yazanlar haqqında hekayələrin sənədləşdirilməsi,xüsusilə də bu hekayələrin insanların öz şəxsi təcrübə və təəssüratlarıyla çatdırılması vacibdir.
Tehsil.biz-in məlumatına görə, belə ki, ADA Universiteti “ADA Tarix Yazır” təşəbbüsünü irəli sürərək, tələbə, müəllim və bütün işçi heyətini hekayələri ilə bu tarixə öz töhfələrini verməyə çağırır.
ADA Universitetinin Akademik işlər üzrə prorektoru Dr. Vəfa Kazdal bildirib: “Bugünkü tariximizi gələcək nəsillərə və dünyaya yaddaşlarda qalan hekayələrimizlə çatdıraq!”
Layihənin praktiki əhəmiyyətindən biri də odur ki, bu təşəbbüs tədris prosesini daha maraqlı etməklə gənclərimizdə vətənpərvərlik ruhunu gücləndirməyə imkan yaradır.
Layihədə iştirak edənlərə ideyalarını formalaşdırmaq və yazı bacarıqlarını təkmilləşdirmək üçün yerli və xarici mütəxəssislər tərəfindən onlayn seminarlar təşkil olunur. Seminarlardan ilki ABŞ-da nəşr edilən “Azerbaijan International” jurnalının redaktoru Betti Bleyr tərəfindən keçirilib.
Layihəyə öz hekəyələrini paylaşmaq istəyən bütün həmvətənlərimiz qoşula bilərlər.
Bunun üçün yazılarınızı ingilis və ya Azərbaycan dilində, ad və soyadınızı qeyd etməklə noyabr ayının 17-dək [email protected] ünvanına göndərə bilərsiniz.
Layihə barədə ətraflı məlumat:
https://bit.ly/37ognAK.