Logo

“Süni intellekt əsaslı tədris alətlərinin tətbiqi” mövzusunda onlayn elmi seminar keçirilib

24.06.2021 17:42 611 baxış
IMG

İyunun 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin onlayn elmi seminarı keçirilib. 


Giriş söz ilə çıxış edən elmi seminarın rəhbəri, dosent Aydın Ələkbərov məruzəçini iştirakçılara təqdim edib. Azərbaycan Respublikasının  Qabaqcıl Təhsil İşçisi, tanınmış  STEAM mütəxəssisi, “Tərəqqi” medalına layiq görülmüş Azərbaycan üzrə Scientix və STEM PD səfiri, məruzəçi Aliyə Əhmədova   “Süni intellekt əsaslı tədris alətlərinin tətbiqi” mövzusunda geniş təqdimatla çıxış edib. A.Əhmədova  süni intellekt anlayışı, süni zəkanın təhsildə tətbiqi, yeni süni intellekt vasitələri yaratmaq üçün veb alətlərdən və internet resurslarından istifadə texnologiyası, dizayn,  tədris prosesində istifadəsi  mümkün olan süni intellekt əsaslı tədris alətləri haqqında ətraflı məlumat verib. Sonra iştirakçıların sualları cavablandırılıb.


Seminarda fakültənin professor-müəllim heyəti, tələbələr, magistrant və doktorantlar iştirak edib.  
Seminarın sonunda çıxış edən Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov məruzəçiyə təşəkkürünü bildirərək mövzunun aktuallığını  və bu istiqamətdə tədris prosesindəki yenilikləri diqqətə çatdırıb.

Xəbər lenti