Logo

Azərbaycan İlahiyyat İnstitutunun məzunu Prezident tərəfindən təltif olunanlar sırasında

24.06.2021 23:24 610 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunanların arasında Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) məzunu da var. 

 

Tehsil.biz xəbər verir ki, Qəribli Davud Sərdar oğlu "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb. 

 

Qeyd edək ki, Qəribli Davud hələ də işğaldan azad olunan ərazilərdə hərbi xidmət göstərir.

Xəbər lenti