Logo

Azərbaycan İlahiyyat İnstitutunun kollektivi və tələbələri “Əsgərə məktub onlayn” layihəsinə qoşulub

26.10.2020 11:02 579 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) kollektivi və tələbələri Qarabağda gedən döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə “Əsgərə məktub onlayn” layihəsinə qoşulub.

 

İnstitutdan Tehsil.biz-ə bildirilib ki, məktublarda sentyabrın 27-dən başlayan təxribata cavab olaraq keçirilən əks-hücum əməliyyatında ordumuzun göstərdiyi şücaətlərdən bəhs edilib. Əsgərlərimizin igidlikləri, qəhrəmanlıqları sayəsində işğal altında olan torpaqlarımızın qarış-qarış azad edildiyi qeyd olunub. Bu gün Vətən torpağının hər qarışı uğrunda canlarını fəda edən, ən yeni tarix yazan igidlərimizin ön cəbhədə ruh yüksəkliklərinin qorunub saxlanması, xalq olaraq bütövlükdə onların yanında olduğumuzu göstərmək üçün hər kəsin öz cəbhəsində əlindən gələni etdiyi vurğulanıb.

 

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi və əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə könüllü olaraq maaşlarının bir hissəsini Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna ianə ediblər.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

Xəbər lenti