Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi “Müzəffər Azərbaycan Ordusu” mövzusunda onlayn dəyirmi masa təşkil edib.
Bu barədə Tehsil.biz-ə universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə çıxış edən Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli bildirib: “26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününün qarşısında qürurla, sevinclə müzəffər ordu ifadəsini işlədə bilərik. Hər birimiz Müzəffər Ali Baş Komandana, Müzəffər Azərbaycan Ordusunun əsgər-zabit heyətinə borcluyuq”.
Regionşünaslıq kafedrasının dosentləri Aqil Şahmuradov və Bəhmən Əliyev, eləcə də digər çıxış edənlər Azərbaycan Ordusunun tarixi qələbəsindən danışıblar.