Logo

Azərbaycan alimi beynəlxalq konfransın Proqram Komitəsinin üzvü seçilib

26.10.2020 12:47 421 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter sistemləri və şəbəkələri kafedrasının müdiri, professor Vaqif Qasımov noyabrın 25-27-də Kiyevdə keçiriləcək IEEE-nın İnformasiya nəzəriyyəsində qabaqcıl tendensiyalar üzrə (“2020 IEEE International Conference on Advanced Trends in Information Theory ATIT”) beynəlxalq konfransın Proqram Komitəsinin (https://atit.ieee.org.ua/committees/) üzvü seçilib.

 

AzTU-dan bildirilib ki, V.Qasımov konfransda “Təsvirlərin DNT-psevdosimvolları ardıcıllığı və xaotik məntiqi kart əsasında şifrlənməsi alqoritmi” mövzusunda məruzə ilə çıxış edəcək.

Xəbər lenti