Logo

Bakı Dövlət Universitetinin iki müəllimi vəfat edib

27.06.2021 12:37 1064 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti Vaqif Əli oğlu Məmmədov vəfat edib.

 

Tehsil.biz xəbər verir ki, 72 yaşında dünyasını dəyişən Vaqif Məmmədov 1972-ci ildə BDU-nun Geoloji–Coğrafiya fakültəsinin Coğrafiya şöbəsini bitirib. 1983-cü ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

 

2011-ci ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosentidir.

 

Bundan başqa, BDU-nun Jurnalistika fakültəsinin müəllimi İlham Mazanlı da vəfat edib. 

 

Allah rəhmət eləsin!

 

Vaqif Məmmədov

 

İlham Mazanlı

Xəbər lenti