Logo

Onlayn seminar: Xəzəryanı ölkələrin təhsil xidmətləri bazarının əməkdaşlıq perspektivləri

28.06.2021 16:11 468 baxış
IMG

Analitik İnformasiya Resursları UNEC Tədqiqat Mərkəzinin təqdimatında iyunun 29-da “Xəzəryanı ölkələrin təhsil xidmətləri bazarının əməkdaşlıq perspektivləri (Azərbaycan və Qazaxıstanın əmək bazarının təhlili əsasında)" mövzusunda onlayn seminar keçiriləcək.

 

Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) məlumat verilib. Bildirilib ki, seminar UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, Analitik İnformasiya Resursları UNEC Tədqiqat Mərkəzi və Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin (Aktau, Qazaxıstan) təşkilatçılığı ilə keçiriləcək.

 

Onlayn seminara “Zoom” platforması üzərindən UNEC-in saytında yerləşdirilmiş link vasitəsilə qoşulmaq mümkündür.

Xəbər lenti