Logo

UNEC-də konfrans: Azərbaycanda İslam maliyyəsi ixtisasının tədrisi problemləri

29.06.2021 10:02 634 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iyulun 1-də UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədovun moderatorluğu ilə “Azərbaycanda İslam maliyyəsi ixtisasının tədrisi problemləri” mövzusunda videokonfrans keçiriləcək.

 

Universitetdən bildirilib ki, konfrans Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, UNEC İslam Maliyyə Mərkəzi, İqtisadi Resursların Öyrənilməsi Mərkəzi, “Meybullayev” İslam İqtisadiyyatı Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin İstanbul Sabahattin Zaim Universitetinin birgə təşkilatçılığı ilə reallaşacaq.

 

Videokonfransa “Zoom” platforması üzərindən UNEC-in saytında yerləşdirilmiş link vasitəsilə qoşulmaq mümkündür.

 

Konfrans UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Xəbər lenti