Logo

Bakı Xoreoqrafiya Akademiyası Antalya AKEV Universiteti ilə əməkdaşlıq edəcək

29.06.2021 10:20 674 baxış
IMG

Antalya Mədəniyyət və Təhsil Vəqfi tərəfindən qurulan Antalya AKEV Universitetinin rektoru, professor Kamilə Akgül Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qonağı olub.

 

BXA-dan Tehsil.biz-ə bildirilib ki, tədris işləri üzrə prorektor, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli qonağı pedaqoji heyətlə tanış edib. Sonra türkiyəli rektora akademiyada həyata keçirilən islahatlar, gələcək planlar və tədris prosesi barədə məlumat verilib.

 

Kamilə Akgül BXA ilə Antalya AKEV Universiteti arasında əməkdaşlığın yaradılması üçün bu görüşün vacibliyindən danışıb.

 

Görüş zamanı gələcəkdə həyata keçirilə biləcək birgə tədbirlər, tələbə-müəllim mübadiləsi, ustad dərsləri barədə fikirlər səslənib. Qeyd olunub ki, yaxın zamanda hər iki ali təhsil müəssisəsinin təşəbbüsü ilə ortaq rəqs layihəsi keçirilə bilər. Bu kimi layihələr, həm BXA-nın Türkiyə ali təhsil müəssisələri ilə əlaqələrini inkişaf etdirər, həm də iki ölkə arasında mədəni əlaqələri daha da gücləndirər.

 

Görüşün sonunda BXA ilə Antalya AKEV Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.

Xəbər lenti