Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri”nin idarə heyəti və fəal könüllülərin iştirakı ilə görüş keçirilib.
BDU-dan bildiriblər ki, görüşdə “BDU könüllüləri”nin əlaqələndiriciləri Nərmin Heydərova və Tural Cəfərov çıxış edərək universitetdə könüllülər hərəkatı, könüllülərin fəaliyyəti, təhsil müəssisəsində könüllülər üçün yaradılan şəraitdən bəhs ediblər.
Sonra könüllülər hərəkatının genişləndirilməsi, könüllülük fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, gələcəkdə planlaşdırılan layihələr haqqında məlumat verilib.
Görüşdə iştirakçıların sualları cavablandırılıb.