Logo

Müharibəyə rəsm həsr edən məktəbli: “Qarabağ indi nəfəs alır”

26.10.2020 19:25 978 baxış
IMG

Sosial şəbəkələrdə yayılan bir foto geniş müzakirələrə səbəb olmaqla yanaşı, həm də rəğbətlə yanaşıb. Belə ki, kiçikyaşlı uşaq Dağlıq Qarabağ müharibəsi ilə bağlı rəsm çəkərək üzərində bu sözləri yazıb: “Qarabağ nəfəs alır”. Rəsim barədə yazılan rəylərdən sonra biz də həmin uşaqla əlaqə saxlamağı qərara aldıq. Beləliklə, birinci sinif şagirdi Yusif Firudunbəylinin “Sherg.az”a dediklərini təqdim edirik:

 


“Bilirəm ki, müharibədir. Əsgərlərimiz torpaqlarımızı düşməndən azad edir. Dünən ailəmizdə yenə hamımız sevinirdik. Anam dedi ki, əsgərlərimiz Qubadlını da düşməndən azad etdilər.

 

Mən bilirəm, bizim əsgərlərimiz güclüdürlər. Prezidentimizi çox istəyirəm, o, Azərbaycanı qoruyur. Böyüyəndə əsgər olacam. Anam həmişə deyirdi ki, Qarabağ qəfəsdədir. Amma indi nəfəs alır. Bu şəkli də ona görə çəkdim.

 

Mən də Qarabağa getmək istəyirəm. Qarabağ Azərbaycandır! Qələbə bizimdir!”.

Xəbər lenti