“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Natiqlik” mövzusunda onlayn seminar keçirilib.
İctimai Birlikdən bildiriblər ki, təşkilatın sədri Miraqil Seyidzadə seminarda çıxış edərək gənclərin nitq mədəniyyətinin inkişaf etdirilməsində belə tədbirlərin önəmini vurğulayıb.
Tanınmış natiq-jurnalist Cəlalə Nəzəroğlu seminarda özünüifadə problemi və onların həll yolları, söz ehtiyatının artırılması, mövzu ilə bağlı digər məsələlər haqqında iştirakçılara məlumat verib.
Həmçinin seminarda vaxtın səmərəli istifadəsi, dinlə bacarığı kimi məsələlərə də toxunulub.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.