Logo

700 bal toplayan abituriyentlər bu universitetlərə qəbul olundular

24.09.2020 16:26 493 baxış

Universitetlərə qəbul üzrə ixtisas seçiminin nəticələri artıq elan olundu.

Bu il Azərbaycanda iki abituriyent topladığı 700 bal ilə ixtisas seçimində iştirak edib.

Tehsil.biz azedu.az-a istinadən xəbər verir ki,700 bal toplayan abituriyentlərin qəbul olduqları universitet və ixtisasları təqdim edir.

I qrup üzrə maksimum nəticə göstərən Hüseyin Abdullayev Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi ixtisasına qəbul olub. İxtisas seçiminə start verilən zaman yaxın bir-iki gün ərzində qeydiyyat prosesində iştirak edəcək.

III qrup üzrə maksimum nəticə göstərən Əziz Kərimli isə Azərbaycan Diplomatik Akademiyasının Hüquqşünaslıq ixtisasına qəbul olub. Prosesə start verilən ilk günlərdə akademiyada qeydiyyatdan keçməyi düşünür.

Qeyd edək ki, universitetlərə qeydiyyat prosesi 25 sentyabr - 7 oktyabr arası aparılacaq.

Tələbə adını qazanan bütün abituriyentləri təbrik edir və uğurlar arzulayırıq!

Xəbər lenti