Logo

Kimyaçı alimlərin yeni monoqrafiyası çapdan çıxıb

29.06.2021 16:28 342 baxış
IMG

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları professor Çingiz Rəsulov, dosent Gülbəniz Muxtarova və doktorant Mehriban Nağıyeva tərəfindən yazılmış “Piroliz prosesinin C4- fraksiyası əsasında oksigenatların alınması” monoqrafiyası çapdan çıxıb.

 

Bu barədə  NKPİ-dən məlumat verilib. Bildirilib ki, kitabda yanacaqlara, yağlara və polimer materiallara kimyəvi əlavələrin alınması sahəsində son dövrün ədəbiyyat mənbələrinin araşdırılmasından, institutun elmi əməkdaşlarının avtomobil benzinlərinə, yağlara, poliolefinlərə yeni quruluşlu kimyəvi əlavələrin alınması texnologiyasının yaradılmasından bəhs edilir.

 

“Müəllim” nəşriyyatında nəşr olunan monoqrafiya kimyaçı-alim Vaqif Mirzəyevin xatirəsinə həsr edilib.

 

Monoqrafiya kimya, kimya-texnologiya fakültəsinin tələbələri, magistrantlar, doktorantlar, bu sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

Xəbər lenti