Logo

Pakistanda məktəbdə terror aktı baş verib

27.10.2020 13:24 987 baxış
IMG

Pakistanda məktəbdə terror aktı baş verib.


Tehsil.biz-in məlumatına görə, hadisə nəticəsində 7 nəfər ölüb, 70-ə yaxın yaralanıb, onların çoxu tələbədir.


Əldəqayırma bomba məktəb binasında işə salınıb. Partlayış Quran dərsi zamanı olub. 


Yüksək rütbəli polis məmuru Vakar Azimin sözlərinə görə, bomba çantanın içində əvvəlcədən mühazirə otağına gətirilib. Cinayətkar hadisədən əvvəl binanı tərk edib.

Xəbər lenti