Logo

Bakalavr pilləsinin 3, magistratura pilləsinin 1 il olması təklif edilir

30.06.2021 08:05 861 baxış
IMG

“Biz yeni qanun layihəsini ortaya qoymaqla təhsilin pillələri və səviyyələri anlayışlarından imtina etmirik. Təhsilimizdə təsnifat mütləq lazımdır”.

 

Tehsil.biz xəbər verir ki, bunu bu gün Milli Məclisdə Elm və təhsil komitəsinin və “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclasında təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, Azərbaycan ali təhsil sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub. Məqsəd ali təhsilin əlçatanlığının, keyfiyyətli olmasının, bərabər imkanlara söykənməsinin təmin edilməsi, ali təhsil müəssisələrinin idarə edilməsi ilə bağlı məsələlərin həll olunmasıdır.

 

İclas zamanı təhsilin bakalavr pilləsinin 3, magistratura pilləsinin 1 illik olması müzakirə edilib, həmçinin sürətli inkişaf üçün universitetlərə muxtariyyətin verilməsi təklif olunub.

Xəbər lenti