Logo

Musiqi sənəti üzrə qabiliyyət imtahanları başlayır

30.06.2021 10:57 849 baxış
IMG

Ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına musiqi sənəti üzrə qabiliyyət imtahanları başlayır.

 

Qabiliyyət imtahanları 1 iyul tarixindən etibarən Bakı şəhərində Bülbül adına orta ixtisas məktəbində Əhməd Cavad küçəsi 9 ünvanında keçiriləcək.

 

Bakıda fəaliyyət göstərən Qabiliyyət İmtahanı Komissiyaları (QİK) öz fəaliyyətlərini yekunlaşdırdıqdan sonra musiqi sənəti üzrə bölgələrdə fəaliyyət göstərən komissiyalar işə başlayacaq.

 

Abituriyentlər imtahana gəlməzdən əvvəl buraxılış vərəqələrini və proqram formasını çap etməli və imtahanda ifa edəcəkləri əsərləri bu formaya yazaraq komissiyaya təqdim etməlidirlər.

 

Aşağıdakı QİK-lər üzrə imtahan verəcək abituriyentlər imtahan binasına əvvəlcədən qeydiyyatdan keçmiş və buraxılış vərəqəsi olan konsertmeysterləri ilə gəlməlidirlər. Buraxılış vərəqəsi olmayan konsertmeysterlər imtahana buraxılmayacaqlar.

 

İxtisaslar

Komissiya kodu

İnstrumental ifaçılıq (alətlər üzrə)

20,21,22,23,31

Vokal sənəti (akademik vokal)

24

Populyar musiqi və caz ifaçılığı (vokal)

26

Populyar musiqi və caz ifaçılığı (alətlər üzrə)

36

Dirijorluq (sahələr üzrə)

27

Vokal sənəti (milli vokal)

28

Bəstəkarlıq

29

Musiqi müəllimliyi

32

İnstrumental ifaçılıq (alətlər üzrə)

33,34

Vokal sənəti (klassik vokal)

37

Xəbər lenti