İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Keyfiyyətin təminatı şöbəsinin təşkilatçılığı ilə “Azərbaycan və Rusiya Ali Təhsil Müəssisələrində təhsilin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi (İQAinAR)” adlı layihə çərçivəsində “Zoom” platformasında onlayn seminar keçirilmişdir.
Seminarda ADPU ilə yanaşı Naxçıvan Dövlət Universiteti (NDU) və Sumqayıt Dövlət Universitetinin (SDU) bütün maraqlı tərəflərinin (tələbələr, müəllimlər, işəgötürənlər) bir qismi iştirak etmişdir. İşçi dili Azərbaycan dili olan seminarda moderator kimi ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov idarə edib.
Seminarı giriş sözü ilə açan dos. Q.Şərifov İQAinAR layihəsi haqqında qısa məlumat verib və ADPU-da keyfiyyətlə bağlı görülən işlərdən danışıb.
Sonra o, öz təqdimatını nümayiş etdirərək ESG stardartlarının ali təhsil müəssisələrimizə tətbiqinin əhəmiyyətindən söz açıb və layihə çərçivəsində ali təhsil müəssilərində təlim, tədris, qiymətləndirmə və tədqiqatla bağlı əsas keyfiyyət göstəricilərini göstərib. Bunula yanaşı qeyd olunub ki, bu seminarın məqsədi göstərilən keyfiyyət göstəricilərini maraqlı tərəflərlə müzakirə etmək və bununla əlaqədar onların fikirlərini öyrənməkdir.
Təqdimatdan sonra seminar iştirakçıları ilə ali təhsil müəssisələrində keyfiyyətli təhsil və bununla əlaqədar problemlərin mövcudluğunu müzakirə edilib.
Sonra müzakirələr dəyirmi masalarda davam etdirilib. Müvafiq olaraq birinci dəyirmi masada tələbələr (təhsilalanlar), ikincində müəllimlər (təhsilverənlər), üçüncündə isə işəgötürən təşkilatların nümayəndələri dəyirmi masa moderatorlarının təlimatları üzrə müzakirələr aparıblar. 40 dəqiqəlik müzakirələrdən sonra dəyimi masalar üzrə moderatorlar maraqlı tərəflərin ali təhsilin keyfiyyət göstəriciləri ilə bağlı təkliflərini geniş şərh ediblər.