Logo

Biologiya elminə aid üç mindən artıq məqalə vikiləşdirilib və redaktə edilib

30.06.2021 15:37 354 baxış
IMG

AMEA-nın Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi biologiya elminə aid məqalələri vikiləşdirib. 

 

Bu barədə Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, “Vikipediya” ensiklopediyasına institutun fəaliyyəti, əməkdaşların elmi əsərləri, eləcə də biologiya elmi haqqında məqalələr, tariximizi əks etdirən məqalə və videoçarxlar, foto və videomateriallar daxil edilib. Ümumilikdə üç mindən artıq məqalə vikiləşdirilib və redaktə edilib.

 

Həmçinin botaniklər, ekoloqlar, dendroloqlar, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Azərbaycan dendroflorası” (5 cilddə), “Azərbaycanın nadir ağac və kol bitkiləri”, “Gülçülük ensiklopediyası”, “Abşeronun ağac və kolları” kitabları şöbə tərəfindən vikiləşdirilib. İnstitutda “Vikipediya”nın populyarlaşdırılması və təbliği üzrə elmi seminarlar keçirilir. Gənc alim və mütəxəssislərin iştirakı ilə vikiqruplar təşkil olunub. Seminarlarda institutun əməkdaşlarına toplanmış informasiya resurslarının, alimlərin kitab və elmi əsərlərinin “Vikipediya”da yerləşdirilməsi öyrədilir.

 

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən dahi şəxsiyyətlərimiz, elmimiz, milli-mənəvi dəyərlərimiz, Qarabağ haqqında da məqalələrin yaradılması prosesi davam edir.

Xəbər lenti