Logo

"İdman və Ədalətli Oyunlar" rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

30.06.2021 16:29 526 baxış
IMG

"İdman və Ədalətli Oyunlar" mövzusunda rəsm müsabiqəsinin qalibləri təqdim olunub.

 

"Report"un məlumatına görə, qalibləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimov təbrik edib və onlara uğurlar arzulayıb.

 

Qaliblərə diplomlarla yanaşı pul mükafatları da verilib. 3-8 və 9-16 yaş qrupları üzrə keçirilən müsabiqəyə paytaxt və Naxçıvan MR ilə yanaşı 42 bölgədən ümumilikdə 2114 rəsm daxil olub.

 

Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsi, Ədalətli Oyunlar Komissiyası və “Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə aprelin 15-də start götürən müsabiqəyə iyunun 15-də yekun vurulub.

 

Rəsmlər hər yaş qrupuna uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqını təmsil edən peşəkar jüri heyəti tərəfindən qiymətləndirilib. Seçim zamanı rəsmin mövzuya (Mövzu: "İdman və Ədalətli Oyunlar”) uyğunluğu, əsərin sahibi tərəfindən çəkilməsi, kompozisiyanın qurulması, işlənməsi və rəng ahəngi əsas götürülüb.

Xəbər lenti