Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı şəhər Gənclər və İdman baş idarəsi və Sabunçu rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Şuşa bəyannaməsi"nin əhəmiyyəti haqqında tədbir keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abbasov, Sabunçu rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev çıxış edərək, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin dövlətimiz üçün əhəmiyyətli olduğunu qeyd ediblər.