AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantlarının yay imtahan sessiyası iyunun 30-da başa çatıb.
İnstitutdan bildirilib ki, sonuncu imtahanda iştirak edən magistrantlar kompüter elmləri, kompüter mühəndisliyi və informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasları üzrə imtahan veriblər.
Birinci kursda təhsil alan 5 magistrant ümumilikdə sessiya müddətində kompüter şəbəkələrinin təhlükəsizliyi, veb-proqramlaşdırma dilləri, intellektual sistemlər və elmi-tədqiqatların əsasları fənləri üzrə biliklərini sınayıblar.