Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin X sinif şagirdi Rəfsan Həbibullayev Latviyada keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO 2021) uğurla çıxış edərək həvəsləndirici mükafat qazanıb.
Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, R.Həbibullayev Təhsil Nazirliyi tərəfindən yaradılan Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyicisidir.