Nazirlər Kabineti “Mingəçevir Turizm Kollecinin yenidən təşkili haqqında” qərar verib.
Tehsil.biz xəbər verir ki, qərara əsasən, Mingəçevir Turizm Kolleci publik hüquqi şəxs statusuna malik olan Mingəçevir Turizm Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Mingəçevir Turizm Kolleci öz fəaliyyətini davam etdirəcək.