Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və əməkdaşlarının Azərbaycan Silahlı Qüvvələrinə yardımı davam edir.
Oktyabrın 25-də ADNSU-nun bir qrup əməkdaşı cəbhə bölgəsindəki əsgərlərimizə növbəti dəfə yardım aparıblar.
Qeyd edək ki, ADNSU Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 50.000 manat vəsait köçürüb. Bundan əlavə, universitetin əməkdaşları da könüllü şəkildə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb və cəbhə bölgəsində əsgərlərlə görüşüb yardım aparıblar.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Ermənistanın sentyabrın 27-də törətdiyi hərbi təxribata cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatlarını alqışlayır və inanır ki, şanlı Azərbaycan Ordusunun Dağlıq Qarabağ və işğal olunmuş digər torpaqlarımızı azad edəcəyi gün çox yaxındadır.