Logo

ADPU-da II “Məktəbəqədər təhsil kurikulumu” təlimi uğurla başa çatıb

01.07.2021 10:47 723 baxış
IMG

İyunun 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində Təlim-tədris mərkəzi tərəfindən 19-23 iyun 2021-ci il tarixlərində keçirilən beş günlük “Məktəbəqədər təhsil kurikulumu” təlimi uğurla başa çatıb.

 

Təlimlər beynəlxalq təlimçi Svetlana Mustafayeva və Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi, təlimçi Xalidə Həmidova tərəfindən interaktiv formada keçirilib.


Təlimlərin bağlanış mərasimində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova iştirak edib. 


Prorektor çıxış edərək təlimin əhəmiyyəti, onun təşkil edilməsini şərtləndirən amillər haqqında geniş məlumat verib və tər kəsə uğurlar arzulayıb.
Daha sonra Təlim-tədris mərkəzinin müdiri Xalidə Həmidova çıxış edərək təlimin təşkilinə şərait yaradan hər kəsə öz təşəkkürünü bildirib, müdavimlərə uğurlar arzulayıb. Məktəbəqədər təhsil sahəsində öz bilik və bacarıqlarını artırmaq istəyənlərin sayının çox olduğunu nəzərə alaraq qısa müddətdən sonra daha bir qrup üçün təlimin keçirilməsinə zərurət yarandığını diqqətə çatdırıb.
Qeyd edilib ki, sözügedən təlim Məktəbəqədər təhsilin məzmunu və strategiyaları (yerli və beynəlxalq səviyyədə), məktəbəqədər təhsil üzrə standartlarla iş, beynəlxalq təcrübə istiqamətlərini əhatə edib. 


Sonra iştirakçıların təlim haqqında fikirləri, rəy və təklifləri dinlənilib.

Xəbər lenti