Logo

UNEC-də “Azərbaycanda İslam maliyyəsi ixtisasının tədrisi problemləri” mövzusunda video konfrans keçiriləcək

01.07.2021 10:59 535 baxış
IMG

UNEC-də UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədovun moderatorluğu ilə “Azərbaycanda İslam maliyyəsi ixtisasının tədrisi problemləri” mövzusunda video konfrans keçiriləcəkdir.

 

Konfransın açılış mərasimində  Millət vəkili Ceyhun Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru i.f.d. Aqil Şirinov iştirak edəcəklər. Konfransda İstanbul Sabahattin Zaim Universitetinin dekanı  Prof. Dr. İBRAHİM GÜRAN YUMUŞAK, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri i.f.d. RUSLAN ATAKİŞİYEV,  Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri f.f.d. ƏHMƏD NİYAZOV, AR Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi VÜSALƏ QURBANOVA, UNEC İslam Maliyyə Mərkəzinin tədqiqatçısı ƏFQAN MUSAYEV məruzələrlə çıxış edəcəklər.

 

Konfrans  UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi,  UNEC İslam Maliyyə Mərkəzi, İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (SER), Meybullayev İslam İqtisadiyyatı Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu və İstanbul Sabahattin Zaim Universitetinin (İZÜ) birgə təşkilatçılığı ilə baş tutacaqdır.

 

1 iyul 2021-ci il tarixində saat 11.00-da keçiriləcək video konfransa ZOOM platforması üzərindən  LİNK vasitəsilə qoşula bilərsiniz.

 

Konfrans UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaqdır.

Xəbər lenti