Logo

ADU-nun müəllimi Ankarada keçirilən Beynəlxalq Simpoziumda universiteti təmsil edib

01.07.2021 11:37 563 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müəllimi və dissertantı, Təhsil 1 fakültəsinin dekan müavini Elnarə Putayeva Ankarada keçirilən Beynəlxalq Simpoziumda Universiteti təmsil edib.

 

“First International Symposium on Foreign Language Teaching” adlı tədbir 28-30 iyun 2021-ci il tarixlərində Qazi Universitetində təşkil edilib.

 

Simpoziumda müxtəlif ölkələrdən olan 200-ə yaxın mütəxəssis xarici dillərin tədrisi ilə bağlı araşdırmalar, yeniliklər və mövcud vəziyyətdə qarşıda duran vəzifələr və perspektivlər istiqamətində çıxışlar edib, fikir mübadiləsi aparıblar. Simpoziumun əhəmiyyətini artıran xüsusi məqamlardan biri də əhatə dairəsinin geniş olması, ingilis dili ilə yanaşı alman, fransız, türk, ərəb və s. dillərdə olan çıxışların da dinlənilməsi olmuşdur. Elnarə Putayeva tədbirdə “Importance of Investigating Linguocultural Variability in Learning Foreign Languages” adlı təqdimatla çıxış edib və bu mövzu tədbir iştirakçılarında böyük marağa səbəb olub. 

Xəbər lenti