Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.
AzTU-dan bildirilib ki, iclasda universitetin kitabxanasının yenidən təşkil edilməsi ilə bağlı müzakirələr aparılıb. Bundan başqa, iclasda AzTU-nun yeni hazırlanmış loqosu haqqında da məlumat verilib. Qeyd olunub ki, loqonun təsdiqi ilə bağlı prosedurlar rəsmiləşdirildikdən sonra ictimaiyyətə təqdim olunacaq.