Az Tv-nin “Uğur düsturu” verilişinin növbəti buraxılışı Bakı Mühəndislik Universitetinə (BMU) həsr olunub. BMU-nun ən müasir tələblərə cavab verən laboratoriyalarında aparılan çəkilişlərdə tələbələr nəzəri cəhətdən öyrəndikləri bilikləri praktiki baxımdan tətbiq ediblər.
Verilişdə tələbələlər ağır sənayenin sütununu təşkil edən, müasir döyüş texnikasının, silah-sursat və hərbi avadanlıqların istehsalının əsasını təşkil edən poladın strukturunu laboratoriya şəraitində araşdırıblar. Bununla yanaşı, pandemiya dövründə temperaturun ölçülməsinin aktual hal aldığı nəzərə alınaraq temperatur ölçmə metodları və təməlləri ilə əlaqədar təcrübə də təşkil olunub.
Qeyd edək ki, ötən ay BMU tələbələri “Uğur düsturu” verilişində uğurlu layihələrini təqdim etmişdilər. Həmin veriliş isə tələbələrin universitetin Texnopark və İnnovasiya mərkəzində həyata keçirdikləri müxtəlif layihələrə həsr olunmuşdu.
İctimaiyyətlə əlaqələr şöbəsi