Logo

Azərbaycanlı alimin məqaləsi Pakistanın nüfuzlu elmi jurnalında dərc olunub

01.07.2021 15:23 350 baxış
IMG

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Dünya süni intellekt sisteminin inkişafında Lütfi Zadə fenomeni” (Lotfi A. Zadeh phenomenon in the development of the world artificial intelligence (AI) system) məqaləsi Pakistanın “Sənət və sosial elmlər” (Journal of Arts and Social Sciences) jurnalında dərc olunub.


İnstitutdan bildirilib ki, məqalədə görkəmli elm xadimi Lütfi Zadənin elmi nailiyyətləri, o cümlədən qeyri-səlis məntiq nəzəriyyəsi, bu nəzəriyyənin tətbiq olunduğu sahələr, habelə süni intellekt sisteminin, robot texnikasının inkişafında xidmətləri təhlil olunaraq qiymətləndirilir. Müəllif “Hitachi Global”, “Sharp Corporation”, “Canon Global”, “Daewoo”, “Samsung” şirkətlərinin istehsal prosesində Lütfi Zadə nəzəriyyələrini tətbiq etdiyini xüsusi vurğulayıb.


Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 100 illiyi münasibətilə yazdığı bu məqalə elmi yeniliyi, aktuallığı ilə əhəmiyyət kəsb edir.


Qeyd edək ki, Pakistan İslam Respublikasının Lohur Qızlar Universitetinin “Journal of Arts and Social Sciences” nəşri EVSCO, Google Scholar və başqa nüfuzlu elmi bazalarda indeksləşir.

Xəbər lenti